AXCP və Müsavat razılığa gəldi
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında bildirib ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 33 saylı Xətai I Seçki Dairəsində ona güzəştə gedib. F. Qəhrəmanlı isə Müsavat Partiyasının namizədi Nəsib Nəsibliyə görə 34 saylı Xətai II Seçki Dairəsində geri çəkilib.
8 saylı Binəqədi I Seçki Dairəsindən Arzu Səmədbəyli vahid namizəd kimi qəbul olunub. Razi Nurullayevə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyinmi irəli sürməsi təklif olunacaq. AXCP-dən Şəkər İsgəndərlinin 48 saylı Yevlax Seçki Dairəsindən namizədliyinin irəli sürülməməsi müqabilində İltizam Əkbərli oradan namizədliyi veriləcək. 41 saylı Sumqayıt I Seçki Dairəsində isə İkram İsrafilin vahid namizəd olması razılaşdırılıb.
O, A. Hacılının namizədliyini irəli sürəcəyi seçki dairəsini açıqlamağı lazım bilməyib.
F. Qəhrəmanlının sözlərinə görə, ümumilikdə 91 seçki dairəsində razılaşma əldə olunub.
AXCP sədrinin müavini sabah AXCP Ali Məclisi və Müsavat Partiyasının Divanının toplantısının keçiriləcəyini diqqətə çatdırıb: “Bu iclaslarda razılaşmalar əsas götürülərək, seçki blokunun yaradılması ilə bağlı siyasi qərar qəbul oluna bilər. Yəqin ki, bundan sonra seçki bloku elan olunacaq. Blokun adı ilə bağlı püşkatmanın keçirilməsi də təklif olunub. Püşkatmanın nəticəsinə görə, blok ya “AXCP-Müsavat”, ya da “Müsavat-AXCP” seçki bloku adlandırılacaq”.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08