Azərbaycanın adı narkotik hesabatında
Dövlət Departamenti narkotik vasitələrin dövriyyəsinə dair hesabat yayıb
ABŞ Dövlət Departamenti dünya miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair hesabat yayıb.
Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, hesabatda Əfqanıstanın və Türkiyənin adı xüsusi vurğulanıb.
Hesabatda qeyd olunur ki, Əfqanıstandan gələn narkotik vasitələr (heroin, xaşxaş və s) üçün Türkiyə əsas tranzit ölkə rolunu oynayır. Heroin əsasən, Əfqanıstanda, o cümlədən Türkiyə və İran sərhədinin hər iki tərəfindəki laboratoriyalarda hazırlanır.
Türkiyəyə gətirilən narkotik vasitələr, xüsusən heroin Balkanlardan keçməklə Şərqi Avropa ölkələrinə daşınır. Türkiyədən İtaliyaya gəmi ilə daşınan yük maşınlarından da bu məqsədlə istifadə olunur. Rusiya və Ukraynaya da narkotik vasitələrin mühüm qismi dəniz və quru yolu ilə Türkiyədən aparılır.
Hesabatda vurğulanır ki, narkotik vasitə qaçaqmalçılığında coğrafi mövqeyi səbəbindən tranzit ölkəyə çevrilmiş Türkiyəyə Türkmənistan, Azərbaycan və Gürcüstan üzərindən də narkotik vasitə daşınır.
Türkiyədə narkomafiyanın əsas aparıcı qrupları isə kürd və İran əsilli şəxslərdən ibarətdir. Bu insanlar uzun illərdir ki, ailəliklə bu işlə məşğuldurlar.

Oxşar yazılar

Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33