Ramil Usubov İraqın ölkəmizdəki yeni səfirini qəbul edib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin strukturu, funksiyaları və fəaliyyət istiqamətləri, eləcə də Avropa standartlarına uyğun, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınmaqla yeni qanunların qəbulundan danışıb.
Daxili işlər naziri ölkəmizin Müstəqil Dövlətlər Birliyi (MDB), eləcə də Şərqi Avropa məkanında əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə sonuncu yerlərdən birini tutduğunu söyləyib. Kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaradıb.
Nazir qlobal xarakter almış beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi təhlükəli bəlalara qarşı birgə mübarizə aparılmasının zəruriliyini vurğulayıb. Ölkəmizin antiterror koalisiyasının fəal üzvlərindən biri olduğunu xatırladan DİN rəhbəri müasir tarixin ən həlledici dövrünü yaşayan dost İraq xalqına və dövlətinə tezliklə möhkəm sülh və əmin-amanlıq arzulayıb.
Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu, İraq polisinin öz azərbaycanlı həmkarlarının təcrübəsindən öyrənməsinin çox faydalı ola biləcəyini, iki dövlətin müvafiq strukturları arasında əlaqələrin yaradılmasını və genişlənməsini nəzərdə tutan niyyət protokolunun imzalanmasının əhəmiyyətini qeyd edib. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Fərid Əkbərov

Oxşar yazılar
44 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 , 18:16
Başlıbel faciəsinin ildönümüdür
18 aprel 2025 , 00:16
Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar - MƏHKƏMƏ
17 aprel 2025 , 20:27
Turqut Özalın qəfil ölümünün sirri: Niyə son 32 ildə dəqiq səbəbi tapılmayıb? - VİDEO
17 aprel 2025 , 19:22
Prezident onları nazir müavini təyin etdi
17 aprel 2025 , 17:33
Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək - Paşinyan
16 aprel 2025 , 17:51
Donald Tramp 0 – 1 Si Cinpin – Oyun necə bitəcək?
16 aprel 2025 , 11:31