“...Pakistan Ermənistanla heç bir münasibət qurmayacaq”
Pakistan Hərbi-Dəniz Qüvvələri komandanı: “Azərbaycan torpaqlarının işğaldan azad olunmasına hər cür köməklik göstərməyə hazırıq”
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Hərbi-Dəniz Qüvvələri (HDQ) komandanı admiral Məhəmməd Asif Sandila ilə görüşüb. Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Daşqın Şikarov Azərbaycanla Pakistan arasında mövcud olan dostluq münasibətlərdən, siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlıqdan danışıb.
O, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın mövqeyini tam dəstəklədiyinə və tutduğu işğalçı mövqeyi səbəbindən Ermənistanı bir ölkə kimi tanımadığına görə admiral Məhəmməd Asif Sandilaya minnətdarlığını bildirib. Məhəmməd Asif Sandila isə iki ölkə arasında inkişafda olan münasibətlərdən məmnun olduğunu söyləyib, Azərbaycan torpaqlarının işğalına son qoyulmayanadək Ermənistanla heç bir münasibət qurulmayacağını vurğulayıb. Məhəmməd Asif Sandila ölkəsinin Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyin sona qədər davam edəcəyini, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında hər cür köməklik göstərməyə hazır olduqlarını söyləyib. O, Azərbaycanın iqtisadiyyatının günü-gündən güclənməsinə, artıq yardıma ehtiyacı olan ölkədən donor ölkəyə çevrilməsinə və regionda söz sahibi olmasına çox sevindiyini dilə gətirib. Görüşdə Azərbaycan və Pakistan hərbi dəniz qüvvələri arasında əməkdaşlığına dair məsələlər müzakirə olunub.
Məhəmməd Asif Sandila görüş zamanı Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanın bütün əyalətlərində həyata keçirilmiş humanitar layihələrin Pakistan xalqı və rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını qeyd edib, Azərbaycan-Pakistan dostluğunun əbədi və sarsılmaz olduğunu bildirib.

1859