26 ermənini öldürüb, sonda özünü partladan “professor oğlu” - HEKAYƏT - FOTO
...Çiçəklərin dili varmı görəsən? Hansı gül insana hansı mənanı çatdırır? Bəs çiçəklərin nağılı necə, varmı? Məsələn, ucqar dağ kəndində, Mutudərənin başında, tənha səngərdə bitən lalənin söyləmək istədikləri nədir görən? Dağ mehi əsdikcə yarpaqları az qala qopacaqmış kimi titrəyən, lakin altındakı torpağa möhkəm, bəlkə də qırılmaz tellərlə bağlı olan lalənin nağılı...
***
İnsan fəlsəfəsi çox mürəkkəbdi. İnsan psixikası da həmçinin. Dünyanın ən məşhur filosofları insan fəlsəfəsinin sirlərini açmaq üçün tarix boyu baş sındırıblar. Bəlkə elə buna görə Məzahiri də bu mövzu hədsiz cəlb eləyirdi. “İnsan psixikasının bütövlüyü” idi elmi işinin adı. Bəlkə bu da alın yazısı idi. Onun insan psixikasının necə bütöv olmasını elmi dəlillərlə sübut etməsinə ehtiyac qalmadı. Bunu sübut eləməyin daha sadə və məntiqli yolunu tapdı Məzahir. Həyatı ilə bunu göstərdi... Bəlkə də həyatda heç bir kitab və əyani vəsait bunu belə aydın göstərə bilməzdi...
***
Qarabağ müharibəsinin müəyyən özünəməxsusluqları var. Cəbhəyə könüllü gedənlər arasında ancaq kasıb balalarını görmək olardı. Varlı təbəqə, ziyalıların uşaqları bir növ Qarabağ dərdlərindən uzaq düşmüşdülər. Amma bu buzu sındıranlar və azsaylı nümunəyə çevrilənlər də vardı. Bəlkə də elə buna görə idi ki, tanınmış alim, sonradan baş nazirin müavini işləmiş İzzət Rüstəmovun oğlu Məzahir Rüstəmovun cəbhəyə gəlişi bir qədər ajiotaj yaratmışdı. Onu “professor oğlu” kimi sevimli bir ləqəblə qarşılamışdılar. Amma çox keçmədi ki, bu ləqəb ermənilər üçün əsl başağrısına çevrildi...
“Üç oğlum var, Məzahir, Çingiz, Oqtay. Məzahir böyüyüm idi. Uşaq vaxtından hərbə böyük marağı vardı. Plastilindən hərbi sursat - top, tank, ağacdan tapança, qılınc, xəncər düzəldirdi. Heyf ki, onun düzəltdikləri oyuncaqları saxlamamışam. Nə bilərdim ki, başıma belə müsibət gələcək” - deyə Məzahirin anası Rəfiqə Rüstəmova xatırlayır...
“4” almağa nifrət eləyirdi. Bir dəfə məktəbdə “4” almışdı, gündəliyini blokda qonşunun ayaqaltısının altına qoymuşdu. Qonşu süpürəndə tapmışdı.
Məktəbi qurtaran il sənədlərini hüquqa verdi. İlk imtahandan “4” aldı, yoldaşları demişdilər ki, qəbul olmayacaqsan. O da ikinci imtahana girmədi. Lampa zavodunda fəhlə düzəldi. Orda briqadiri də müharibədə döyüşmüş rus idi. Atam da müharibə iştirakçısı olmuşdu. Onlarla söhbəti çox tuturdu. İkinci il tarixə qəbul oldu. Hətta gecələr də oxuyurdu. Bir dəfə gecə qalxdım ki, oturmaqdan ayaqları gömgöy göyərib, şişib. Acığım tuturdu ki, atan universitetdə işləyir, niyə özünü bu qədər öldürürsən. Deyirdi, elə ona görə oxuyuram ki, deməsinlər atasına arxayın olub.
Universiteti bitirəndən sonra 171 nömrəli məktəbə pioner dəstə rəhbəri təyin elədilər. Sonra komsomol komitəsinin sədri qoydular. Bir gün dedi ki, ordan çıxmaq istəyirəm. Dedi, məktəbdə bir erməni var, anası Daxili İşlər Nazirliyində işləyir, mənim üstümə düşüblər ki, ona əla xasiyyətnamə verim. Buna razı olmamışdı, ona görə də ərizə yazıb o işdən çıxdı. Bir az işsiz qaldı, sonra İnşaat Mühəndisləri İnstitutunda fəlsəfə kafedrasında baş laborant işlədi. Sonra ordan da çıxdı.
Milli azadlıq hərəkatı başlayandan mən bu uşaqları evdə tapa bilmirdim. Bir “odyal”ım vardı, gündüzdən onu gizlicə aşağı qoyur, axşam da götürüb gedirdilər Hökumət evinin qarşısına. 20 Yanvar hadisəsi çox pis təsir eləmişdi Məzahirə. Çox fikirli gəzirdi. Xocalı faciəsi baş verəndə isə bir neçə gün üzünə baxmaq mümkün olmadı. Onda artıq Dövlət Mətbuat Komitəsində kitab ticarəti və xarici iqtisadi əlaqələr şöbəsində baş mütəxəssis işləyirdi.
Məzahir şəhərdə böyüsə də, Şınıxı, Düz Rəsullunu çox sevirdi. Hər yay tətilini orda keçirirdi. Artıq Gədəbəydə də döyüşlər başlamışdı. Başkənddə yerləşən erməni qüvvələrinin əlindən əhali Şınıxa keçə bilmirdi. 92-ci ilin martın 22-də gəldi ki, mənə 10 günlük icazə ver, dedi bundan artıq qalmayacam. Heç nə deyə bilmədim, ancaq onu dedim ki, “qadan alım, Təhminəni fikirləş, cəmi 3 aylıqdı körpə”. Dedi, “Ana, müharibədən sonra hamı qəhrəmanlıqdan danışanda biz ağzımızı açsaq, deyəcəklər, buna bax, professor oğlu Bakıda oturub müharibədən danışır. Sən bunu necə qəbul eləyə bilərsən? Biz vuruşmasaq, səhəri gün uşaqlarımız bizi qınayacaqlar ki, bu nə miras idi valideynlərimiz bizə qoydular”.
Onu yola salanda İzzət müəllimin halı bir qədər pis idi. Məzahir əlini onun kürəyinə vurub yalnız “nu, papaşa” dedi...
***
“10 gün keçdi, gəlmədi. Qardaşıma zəng elədim ki, niyə gəlmir Məzahir, dedi o 2 illik müqavilə bağlayıb. Nə qədər yalvardıq, geri qayıtmadı. Deyirdi Başkəndi alıb gələcəm. Yayda uşaqları da gətir gəl, Başkəndi alıb birlikdə qayıdarıq. Elə bil məni də kimsə ora çəkirdi. Amma mən onunla görüşə çata bilmədim...
***
İzzət Rüstəmovun dediklərindən: “Fəlsəfə ilə çox maraqlanırdı. Təkcə ona görə yox ki, onun atası fəlsəfə elmləri doktoru idi. Elə bir mövzu götürmüşdü ki, dünyanın görkəmli psixoloqlarını, filosoflarını bilməyi tələb eləyirdi. Özü bir sıra cihazlar düzəltmişdi. İnsan bədənində gedən prosesləri, düyün nöqtələrini, biotokların necə cərəyan etməsini, insanın psixi fəaliyyətinin necə baş verməsini öyrənirdi. Yovşandan siqar düzəldib ağrıyan yerləri onunla müalicə edirdi. Bu cihazı düzəltmək üçün 3 ay çalışmışdı. Ölümündən sonra iraqlı, almaniyalı dostları dedilər o aparatı verin, müəlliflik hüququ verdirək, patent alın, vermədik. Top və avtomatda da təkmilləşdirmə aparmışdı. Amma bu təkmilləşdirmə ilə bağlı bizə ətraflı məlumat vermədilər. Ola bilsin ki, hərbi sirr idi”.
“Böyük Vətən Müharibəsində Azərbaycanın qərb bölgəsinin müdafiə xəritəsini burda arxivdən tapıb apardı, onun üzünü elə köçürmüşdü ki, indiyə qədər də heç kəs onun əl ilə çəkildiyinə inanmır. O vaxt müdafiənin necə təşkil olunduğunu bilmək istəyirdi. Əvvəlcə vzvod komandiri, sonra isə rota komandirinin müavini təyin olundu. Şınıxı ovuc içi kimi tanıyırdı deyə, Məzahirin heç bir kəşfiyyat məlumatı boşa çıxmayıb. Başkənddə sanki möhtəşəm bir üçlük yaranmışdı. Başkənd əməliyyatının əsas siması, briqada komandiri Cahangir Rüstəmovun hərbi rəhbərliyi, Məzahirin kəşfiyyatı və Şəmkirdən olan Axıska türkü İsgəndər Aznaurovun topu...”
Məzahir vzvoda həm rəhbərlik, həm hərbi müəllimlik, həm də hərbi kəşfiyyatçılıq edirdi. Təsadüfi deyil ki, həlak olanda da Məzahirin boxçasından bir neçə kitab çıxmışdı. Bunlar “Tyajolaya voennaya texnika: BTR” kitabı və Şərq, Çin, yapon tibbinə dair kitablar idi...
***
Qarabağ müharibəsi tarixində Başkənd əməliyyatının xüsusi yeri var. Azərbaycan ordusunun ən uğurlu əməliyyatlarından biri idi Başkənd əməliyyatı. Ermənilərin Artsvaşen (“Qartal yuvası”) adlandırdığı və ötən əsrin 20-ci illərinin axırlarında ermənilərə hədiyyə verilən, Azərbaycan ərazisində anklav formada yerləşən Başkəndin azad edilməsi mütləq lazım idi. Başkənddə erməni hərbi birləşmələrinin mövcudluğu Gədəbəy, Şəmkir, Qazax, Daşkəsən, Tovuz, o cümlədən Gəncənin itirilməsi ilə nəticələnə bilərdi. Başkənd əməliyyatını zəruri edən səbəb də məhz bu idi. Başkəndin mövcudluğu 28 kəndi birləşdirən, 10 mindən artıq əhalisi olan Şınıxın mühasirəyə düşmə ehtimalını artırır, ikinci Xocalı faciəsi üçün zəmin yaradırdı...
1992-ci ilin yayında erməni ordusunun bölmələri Şınıxın bir neçə kəndini tutmaqla Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi planını həyata keçirməyə çalışırdı...
***
...Qərargahda keçirilən növbəti əməliyyatda Şınıxın müdafiəsini gücləndirmək üçün Örükdaş yüksəkliyinin ələ keçirilməsi planı müzakirə olunur. Məsuliyyəti və rəhbərliyi Məzahir boynuna götürür....qaranlıq noyabr gecələrindən birində 5 yoldaşı ilə Örükdaşa tərəf sürünən Məzahirin dəstəsi ermənilərin təxminən üç yüz metrliyində dairəvi səngər qazmağa başlayır. Səhərin alatoranında mövqelərinin lap yaxınlığında səngər qazıldığını görən ermənilər çaş-baş qalsalar da, Məzahirgilin üstünə hücuma keçirlər. Erməniləri lap yaxın məsafəyə qədər irəli buraxan Məzahirin dəstəsi qəfil hücuma keçir. Bir azdan göydə üç yaşıl fişəng görünür. Bu, bizimkilərin hücuma keçməsinə işarə idi...
“Ermənilər Məzahirin başına 50 min manat pul qoymuşdular. Erməni tərəf də bilirdi ki, o “professor oğlu” idi. Məzahirgil o vaxt Ermənistanın Krasnoselsk rayonundan Başkəndə gələn yolu bağlamışdılar. Çünki ermənilər Ermənistandan təcili yardım maşınlarının içində Başkəndə əsgər gətirirdilər. Məzahir kəşfiyyatda olarkən görmüşdü ki, təcili yardım maşınları Başkəndə yaxınlaşanda yerin altına girir. Orda ermənilər yerin altında anbar düzəltmişdilər. Orada silah da istehsal edirdilər. O vaxt həmin yolun açılması üçün ermənilərin nazir müavini gəlmişdi, burdan da nazir müavini getmişdi, orda demişdilər ki, professor oğlu, Bakıdan bura yol bağlamağa gəlməmisən. Onunla da ermənilər də Məzahiri tanıdılar ki, bu, adi oğlan deyil. Maraqlıdır ki, başına pul qoyulmuşdu deyə, Məzahir tanınmaması üçün cəbhəyə gedəndən heç vaxt şəkil çəkdirməyib”.
***
Mutudərə zastavasında vəziyyətin get-gedə çətinləşdiyini görə Məzahir komandanlıqdan ora dəyişdirilməsini xahiş edir. Buraya dəyişdirildikdən sonra onun rəhbərliyi ilə Ərdağı yüksəkliyi alındı. Bu yüksəklikdə səngərlər qazdırmışdı, blindajlar tikdirmişdi. Dağın başına çıxıb baxmasan, heç kim başa düşməzdi ki, orda səngər var.
O, elə həmin yüksəklikdə də həlak oldu. Avqustun 8-də Azərbaycan qoşunları Başkəndə böyük hücum əməliyyatı hazırlayırdılar. Başkəndi almaq Məzahirin ən böyük arzusu idi. Hücumun olacağından erməni tərəfi də xəbər tutmuşdu. Ona görə də avqustun 6-da ermənilər Mutudərəyə geniş hücuma keçdilər. Mutudərənin 2 minlik əhalisinin həyatı üçün ciddi təhlükə yaranmışdı...
“O vaxt Mutudərəyə gələn bütün yollar minalanmışdı, amma onların heç biri partlamayıb. Məzahir çalışıb dinc əhalini kəndən çıxarsın. Deyirlər, qışqırığı gəlirmiş, əhaliyə deyirmiş ki, çay aşağı gedin, mən ermənilərin qarşısını saxlayaram. Kəndin əhalisindən heç kəs həlak olmayıb. Məzahir səngərini tərk eləməyib. Sona qədər döyüşüb və kəndin əhalisini xilas eləyib. Erməni çalışıb onu diri tutsun. Burdan vedrədə qumun içində 6 dənə qumbara aparmışdıq o vaxt. Çünki döyüş sursatı yox idi. O qumbaralardan sonuncusu ilə özünü partladıb. Sonradan onun yanında 26 erməninin cəsədini tapmışdılar. Məzahirin meyiti 2 gün qaldı orda, avqustun 8-də bizimkilər hücuma keçdilər. Artıq bu, Məzahirin ermənilərin qarşısına çıxan kiçik dəstəsi deyildi. Bütün qoşun Başkənd əməliyyatına səfərbər olmuşdu. Başkənd əməliyyatında ermənilərin 1000-ə qədər canlı qüvvəsi həlak oldu, 3 BTR ələ keçirildi. Ən əsası isə o idi ki, Başkənd azad edildi, Məzahirin arzusu yerinə yetdi... O bu günü görməsə belə...”
“Gecə bir yuxu gördüm... Gördüm ki, Məzahiri axtarıram, bir kişi mənə deyir ki, sən Məzahiri burda, dağda axtarma, onu o tərəflə apardılar. Səhər Oqtay gəldi ki, Məzahir yaralanıb. Məni Tovuza gətirdilər, ora gələndə gördüm xəstəxananın həyətində iynə atsan yerə düşməz. Dedim, camaat niyə burdadır, dedilər ki, İzzət müəllim hamıya çörək verib, onun oğlu yaralansın, biz evdə oturacağıq? Sonra dedilər ki, Məzahiri təcili yardımla Gəncəyə apardılar. Məni gətirdilər Gəncəyə. Həkimlər qabağıma gəldilər ki, ayağı pis yaralı idi, qanqren verməsin deyə Bakıya göndərdik. Allah heç bir valideynə qismət eləməsin...”
“Qəribə evlənmək hekayəti olmuşdu Məzahirin. Biz kənddən qayıdırdıq. Bizi maşında gətirən qohum dedi ki, aşağı kənddən sovqat götürməliyəm. Məzahirə dedi, həmin adamın iki qızı var, biri nişanlıdı, biri yox. İstəyirsən, gedək o qıza bax. Məzahir getdi. Bir azdan gəlib dedi ki, ay mama, qızı elə-belə gördüm, amma anası nənəmə oxşayır, nənəm kimi səliqəli, sahmanlı, abırlı qadındı, özü də çörək bişirir. Mən də zarafatla dedim ki, mən səni qoca arvada baxmağa göndərdim, yoxsa qıza? Çox sevinirdim ki, nəhayət, Məzahir kimisə bəyənib. Elə ordan Bakıya zəng elədik, nişan xonçasını hazırladılar. Bir ayın içində toyunu elədik. Məzahir həlak olsa da onun yerində ədəbli, ərkanlı gəlinin olması mənə çox təskinlik verir. Qızı Təhminə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında oxuyur, bu il qurtarır. Məzahir kimi xarakterli, iradəlidir...”
“Səngərində qışın günüdə də qarın altında tək lalə olur Məzahirin. 20 ildir səhər 9-un yarısında Məzahiri işə yola salıram, axşam 7-də qarşılayıram.... sanki o sağdır...”.
“Ərdağına 92-ci ilin sentyabrın 20-də Məzahirin 40-ı günü getdik. Rəfiqə çox böyük israr etdi ki, onun səngərinə baş çəkək. O vaxt bu, çox təhlükəli idi. Briqada komandiri Cahangir Rüstəmov dedi ki, qarşıdakı dağda ermənilər mövqe tutub. Lakin Rəfiqə öz dəmir iradəsinin göstərdi. O zaman “Qrad” qurğusu gətirdilər, Təhminə hələ bələkdə idi. Bu qurğu ilə atəş başladı və ermənilərin mövqeyini məhv etdilər. Beləliklə, biz Məzahirin səngərinə qalxa bildik. Onun səngərinin torpağı ilə üzümüzü yuduq. Oğlumuzun son məkanı idi. Bir lalə bitmişdi. O Məzahirin bizə göndərmək istədiyi, lakin göndərə bilmədiyi bir salamı idi, onun son fikri idi sanki... Rəfiqə hər il gedir ora. Amma mən gedə bilmirəm, getmək istəmirəm. İstəyirəm ki, Məzahirin övladı üçün özümüzü saxlayaq ki, belə həyəcanlı anlar bizim ömrümüzü sona çatdırmasın... Məzahir son dərəcə iradəli bir şəxs idi, son dövrlərdə xüsusən siyasiləşmişdi. Bir alim, tarixçi kimi Azərbaycanda baş verən hadisələri dərindən təhlil eləyirdi. Mən heç vaxt onunla mübahisələrə girişmirdim”.
***
Məzahirin dəfn mərasimində Azərbaycan Müdafiə Nazirliyinin 861 saylı alayının komandanlığının başsağlığı da səsləndi: “Böyütdüyünüz oğulla hər bir azərbaycanlı həmişə fəxr edəcək. O, ölməyib. Onun ağ atın belində, əlində siyirmə qılınc tutmuş halda düşmənin başını əzməyə hazır ruhu həmişə bizimlədir. O, ölməyib, ölümü ilə ölümsüzlüyə qovuşub. Vətənin hər qarışı uğrunda Məzahirin tökdüyü qandan yeni-yeni Məzahirlər yetişəcək, Vətənin ər oğullarını qələbəyə səsləyəcək...”.
R. S. əvəzi:
“Çiçəklərin dili varmı, görəsən? Bəs lalənin nağılı necə, varmı?...”
Kəmalə Quliyeva

7262