Babək prospektində yeni piyada keçidi istifadəyə verilib - FOTO
Sentyabrın 14-də Bakının Nizami rayonu ərazisində Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi istifadəyə verilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı keçidin texniki göstəricilərini əks etdirən stendə baxıb. Azərbaycan prezidenti yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, keçidin uzunluğu 64, eni 8, hündürlüyü isə 3,2 metrdir. Piyada keçidinin istifadəyə verilməsi yeni açılmış məktəbin şagirdlərinin və valideynlərinin, eləcə də bu ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə imkan yaradacaq. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.
Oxşar yazılar
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55