Azərbaycan prezidenti ÜTA-nın baş direktorunu və litvalı naziri qəbul edib - FOTO
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Ümumdünya Turizm Agentliyinin Baş direktoru Taleb Rifaini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı paytaxtda və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Prezident İlham Əliyev Taleb Rifainin Azərbaycana səfərinin Ümumdünya Turizm Agentliyi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycana üçüncü dəfə səfər etməsini məmnunluqla qeyd edən Baş direktor hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. O, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğulayıb. T. Rifai prezident İlham Əliyevin nitqindən götürülmüş sitatların dərc olunduğu Prezidentlərin və dövlət başçılarının fikirlərindən ibarət qızıl kitabı dövlət başçısına təqdim edib.
Azərbaycan prezidenti bu gün həmçinin Litvanın daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana səfərindən məmnunluğunu bildirən nazir ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından səfərin əhəmiyyətini qeyd edib. O, səfəri çərçivəsində təmsil etdiyi qurumla Azərbaycanın Daxili İşlər və Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa dair imzalanacaq müqavilənin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı perspektivin olduğunu deyib. Prezident İlham Əliyev təbii fəlakətlər zamanı ölkələrarası əlaqələndirmənin və qarşılıqlı yardımın əhəmiyyətini vurğulayıb. Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin güclü maddi-texniki bazaya, müasir texnika və infrastruktura malik olduğunu deyən dövlət başçısı bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının önəmini qeyd edib.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07