Yumurta  yaşlı insanların   immunitet sistemini gücləndirir
07 mart 2023 09:09 (UTC +04:00)

Yumurta yaşlı insanların immunitet sistemini gücləndirir

Terapevt, dietoloq, tibb elmləri doktoru Marqarita Koroleva bildirib ki, toyuq yumurtası yaşlılara əzələ kütləsini saxlamağa, həmçinin immunitet sistemini gücləndirməyə kömək edəcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssis qeyd edib ki, zülal orqanizmi yeniləyir və yaşlı insana regenerasiya proseslərini hüceyrə səviyyəsində saxlamağa imkan verir. O, həmçinin vurğulayıb ki, toyuq yumurtasının sarısında beyin funksiyası üçün faydalı olan yağlar var: “Rasionda yağ yoxdursa, bu, idrak funksiyasının vəziyyətinə təsir edə bilər. Yumurta sarısının tərkibində A, D və E vitaminləri də var”.

Həkimin sözlərinə görə, yumurtanın tərkibində bədənimizdəki hər bir hüceyrəni, hüceyrə membranını, hormonları, fermentləri quran, bütün biokimyəvi prosesləri dəstəkləyən tam bir protein var.

Dietoloq yaşlı insanlara gündə ikidən çox yumurta yeməməyi tövsiyə edib. Eyni zamanda, o, bəzi hallarda məhsula fərdi dözümsüzlüyün mümkün olduğuna görə xəbərdarlıq da edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1851
avatar

Oxşar yazılar