Alimlər xəbərdarlıq ediblər: noyabrın 29-u Yer güclü maqnit qasırğalarının hücumuna məruz qala bilər.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, cümə gecəsi əhəmiyyətli dərəcədə güclənəcək - G1 sinfinə çatacaq (belə qasırğaların yalnız beş güc səviyyəsi var, maksimum G5).
Noyabrın 29-da səhər saatlarında qasırğalar daha da güclənəcək və G2 səviyyəsinə çata bilər.
Eyni zamanda ekspertlər qeyd ediblər ki, sabahın ikinci yarısında Yerin maqnit sahəsi “sakitləşəcək”.
Onların hesablamalarına görə, cümə günü maqnit qasırğası ehtimalı 20, güclü maqnit qasırğası ehtimalı isə 40 faiz təşkil edir.