Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı
29 noyabr 2024 00:39 (UTC +04:00)

Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı

Lənkəranda çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb.

Lent.az-ın verdiyi xəbərə görə hadisə axşam saatlarında, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində baş verib.

Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib.

Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən "Mercedes" markalı minik avtomobili tibbi yardım avtomobilinə çırpılıb.

Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iki gün bundan əvvəl də Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili Lənkəranda qəzaya uğramışdı.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384
avatar

Oxşar yazılar