Yemək yeyərkən su içmək haqqında müzakirələr uzun illərdir davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yemək zamanı bir-iki qurtum su həzmə mane olmur. Amma yenə də bəzi məqamlarda diqqətli olmalısınız.
Yeməklə içmənizdən çox, suyun hansı temperaturda olması önəmlidir. Yemək zamanı qətiyyən meyvə şirələri, qazlı içkilər, çay, qəhvə və tərkibində şəkər olan digər içkilər qəbul etmək olmaz.
Bu zaman soyuq su içmək də zərərli ola bilər. Ümumiyyətlə, həkimlər soyuq su içməyi məsləhət görmürlər. Çünki soyuq su yeməkdən sonra sürətli şəkildə aclığa yol açır, mədəni daraldır, həzm prosesini çətinləşdirir.