Yeddi ölkədə peyvənd pasportunun verilməsinə başlandı –  SİYAHI
01 iyun 2021 22:27 (UTC +04:00)

Yeddi ölkədə peyvənd pasportunun verilməsinə başlandı – SİYAHI

İyunun 1-dən yeddi ölkə artıq QR kodu və ya kağız şəklində rəqəmsal formatda peyvənd sertifikatları verməyə başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib. 

İlk sertifikatlar verilən Avropa İttifaqı ölkələri bunlardır – Bolqarıstan, Çexiya, Danimarka, Almaniya, Yunansıtan, Xorvatiya və Polşa.

Eyni zamanda, bəzi ölkələr rəqəmsal sertifikatı yalnız bütün xüsusiyyətlər tətbiq edildikdə buraxmaq qərarı verib.

Sertifikat aşağıdakıların sübutu olacaq:

1. İnsan COVID-19-a qarşı peyvəndlənib;

2. mənfi test nəticəsini verib;

3. infeksiyadan sağalıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3732
avatar

Oxşar yazılar