Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 aprel 2024 09:46 (UTC +04:00)

Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?

Mütəxəssislər yatmazdan əvvəl hansı qidaları istehlak etməyin düzgün olduğunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, axşam yeməkdən qaçmaq arıqlamağı sürətləndirməyəcək, əksinə maddələr mübadiləsini ləngidir.

Yatmazdan qısa müddət əvvəl yağsız protein - yumurta ağı, balıq, toyuq filesi yeyə bilərsiniz. Bu cür məhsullar uzun müddət toxluq hissi verir, həmçinin gecələr əzələlərin katabolizminin qarşısını alır. 

Siz həmçinin göyərti, xiyar və yerkökü kimi aşağı glisemik indeksi olan tərəvəzlər yeyə bilərsiniz. Belə qidalar mədədə həcm yaradır və aclıq hissi səngiyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Arzu Qurbanlı

Oxşar yazılar