Xurmanı digər qidalarla yemək həzm problemlərinə səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə rusiyalı dietoloq Anjelika Dyuval xəbərdarlıq edib.
Xurmanı nə ilə yemək olmaz
Dietoloqun dediyi kimi, xurma digər qidalardan ayrı istehlak edilməlidir.
Əks halda həzm problemləri yarana bilər, mütəxəssis xəbərdarlıq edib.
Dietoloqun iddiasına görə, xurmanı soyuq su və ya südlə qəbul etmək xüsusilə təhlükəlidir.
“Xurma soyuq su və südlə birləşdirilməməlidir. Bağırsaqlarda kəskin həzmsizlik yarana bilər”, - mütəxəssis bildirib.