Virusla bağlı BƏD XƏBƏR:  mutasiyaya uğrayıb insandan insana keçəcək
12 mart 2021 11:13 (UTC +04:00)

Virusla bağlı BƏD XƏBƏR: mutasiyaya uğrayıb insandan insana keçəcək

“Rusiyada bu ilin fevralında bir neçə nəfərdə aşkarlanan “quş qripi”nin yeni növü olan A(H5N8) çox güman ki, tezliklə mutasiyaya uğrayacaq və insandan insana keçəcək”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova TASS-a müsahibəsində deyib.

O bildirib ki, bunun baş vermə ehtimalı olduqca yüksəkdir.

A. Popova qeyd edib ki, belə bir ssenariyə hazır olmaq, testlər hazırlamaq və peyvənd yaratmağın vaxtıdır.

“Təhlükəni görüb dünyanı xəbərdar edə bildik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ötən ay Rusiyada quşçuluq fermasının 7 nəfər əməkdaşında yeni növ “quş qripi” aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Oxşar yazılar