Uşaqlarda depressiyasının artması  nəyin əlamətidir?
21 fevral 2025 06:37 (UTC +04:00)

Uşaqlarda depressiyasının artması nəyin əlamətidir?

Son illərdə dünyada uşaqlar və yeniyetmələr arasında psixoloji narahatlıq və depressiya hallarının artdığı müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə hesabatına əsasən, 10-19 yaş arasındakı hər 7 uşaqdan biri narahatlıq, depressiya və ya davranış pozuntularından əziyyət çəkir. Xüsusilə COVID-19 pandemiyası bu tendensiyanı gücləndirərək uşaqların psixi sağlamlığına mənfi təsir göstərib.

APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, şəhərlərdə oyun meydançalarından uzaq yaşayan uşaqlarda psixoloji problemlər daha çox müşahidə edilir.

Bricvater Universitetinin (ABŞ) psixologiya professoru Elizabet Enqlander uşaqların emosional sağlamlıqları üçün sərbəst oyunların vacibliyini vurğulayaraq müasir mühitin bu imkanı azaltdığını qeyd edir: “Araşdırmalara görə, gün ərzində 6-8 saat televiziya izləyən və Günəş işığından məhrum qalan uşaqlarda depressiya riski artır. Bəzi telefon oyunları televiziyadan daha az zərərlidir, lakin yüksək dopamin ifrazına səbəb olan stimullaşdırıcı oyunlar psixoloji problemlərə yol aça bilər. COVID-19 pandemiyası zamanı sosiallaşma və oyun imkanlarının məhdudlaşması uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərib. Bu təsirlər uzunmüddətlidir və psixi sağlamlıq problemləri böyüklük yaşına qədər davam edə bilər. Mütəxəssislər uşaqlara qarşı real gözləntilər formalaşdırmağı və onları qeyri-mümkün akademik və sosial tələblərlə yükləməməyi tövsiyə edirlər. Valideynlərin övladları ilə ünsiyyət qurması, ailəvi fəaliyyətlərə vaxt ayırması və onların psixoloji vəziyyətinə maraq göstərməsi depressiyanın qarşısını almaqda mühüm rol oynayır”.

ÜST-nin xəbərdarlığına görə, uşaqlıq depressiyasının artması həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi nəticələr doğura bilər və bu problemin həlli üçün genişmiqyaslı tədbirlər görülməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar