Türkiyədə peyvəndləmənin başlama tarixi  AÇIQLANDI
30 dekabr 2020 09:46 (UTC +04:00)

Türkiyədə peyvəndləmənin başlama tarixi AÇIQLANDI

Dünən Çindən yola düşən koronavirus peyvəndləri səhər saatlarında Ankaranın Esenboğa Hava Limanına eniş edib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 3 milyon Çin istehsalı olan “Sinovac” peyvəndi Səhiyyə Nazirliyinin anbarlarına yerləşdirilməyə başlayıb.

Peyvəndlərlə bağlı açıqlama verən Türkiyənin səhiyyə naziri Fahreddin Koca bildirib ki, 14 günlük test müddətindən sonra xoşagəlməz hal baş verməzsə, peyvəndləməyə start veriləcək.

Qeyd edək ki, Türkiyədə ilk olaraq 65 yaşdan yuxarı şəxslər və səhiyyə işçiləri peyvənd olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar