Tərkibində ən təhlükəli parazit və zəhər  olan balıqlar
22 may 2025 17:24 (UTC +04:00)

Tərkibində ən təhlükəli parazit və zəhər olan balıqlar

Balıq rasionun vacib elementi hesab olunur, lakin bu məhsulun keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Balıq yüksək qida dəyərinə malikdir – asanlıqla mənimsənilən zülal, omeqa-3 yağ turşuları və mikroelementlərlə zəngindir. Lakin bununla yanaşı, parazitlərlə yoluxma mənbəyi də ola bilər. İstənilən balıq növü parazit daşıyıcısı ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, norveçli mütəxəssis Arne Levsenin izah etdiyi kimi, müəyyən şərtlər yoluxma ehtimalını artırır.

Yoluxma riskinə təsir edən amillər

Təbii (vəhşi) balıq, fermalarda yetişdirilən balıqla müqayisədə daha çox parazit daşıyır. Yırtıcı və iri balıqlar, zəncirin yuxarı pilləsində durduqları üçün yoluxmuş balıqları yeyərək parazitləri toplayırlar.

Balığın tutulduğu ərazi vacibdir – bəzi bölgələrdə balıqlarda parazitlərin yayılması daha çoxdur. Bəzi balıq növləri fizioloji cəhətdən müəyyən parazitlərə daha həssasdırlar.

Hansı balıq növləri daha çox təhlükə daşıyır?

Aşağıda sağlamlıq üçün potensial təhlükəli və yoluxma riski yüksək olan balıq növləri təqdim olunur:

Losos, xüsusilə Sakit okean lososu - nematodlar (yuvarlaq qurdlar) və lent qurdları daşıya bilər.

Seld (hamsi) və treska - tez-tez anizakidlər ilə yoluxur; bu parazitlər mədə-bağırsaq traktında iltihab və xoralar yaradır.

Kambala və dəniz barsı (okean levreği) - treskaya bənzər parazitlərə həssasdır.

Skuмbriya da nematod daşıyıcısı ola bilər.

Şirin sulu balıqları da təhlükəlidir.

Xüsusilə karp ailəsinə aid balıqlar - ləyç, plovça - kloхorxoz adlanan, qaraciyər və öd yollarına zərər vuran parazitlərlə yoluxa bilər.

Şüka və sudak - difillobotrioz (lent qurdu) daşıyıcısı ola bilər; bu parazit insanın bağırsağında 10 metrə qədər uzana bilir.

Zəhərlənmiş balığı necə tanımaq olar?

Parazitləri adi gözlə görmək çətindir. Bəzən ətində sapabənzər nazik qurdcuqlar sezilə bilər, lakin çox vaxt onlar gözlə görünmür.

Aşağıdakı əlamətlər sizi ehtiyatlı olmağa vadar etməlidir:

Balıq filesi selikli, bulanıq və ya qatı halında olarsa - bu həm xarab olma, həm də yoluxma əlaməti ola bilər.

Parazitlərdən necə qorunmalı?

Balığı təhlükəsiz istehlak etmək üçün aşağıdakı üsullar tövsiyə olunur:

1. Termiki emal

Ən etibarlı üsuldur. Balığın daxili temperaturunun ən azı 5 dəqiqə 63°C-yə çatdırılması parazitləri məhv edir.

2. Dərin dondurma

Xüsusilə çiy balıq (məsələn, suşi üçün) üçün aktualdır. Balıq -20°C-də azı 7 gün dondurulmalıdır. Bu üsul bişiriləcək və ya qızardılacaq balıq üçün də uyğundur. Hətta ev heyvanları üçün nəzərdə tutulmuş balıq da əvvəlcədən dondurulmalıdır.

3. Duzlama

Daha az etibarlıdır, lakin istifadə edilə bilər. Kiçik balıqlar ən azı 2 həftə, böyük balıqlar isə 40 günə qədər duzda saxlanılmalıdır.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar