Tələbələr məcburi PEYVƏNDLƏNƏCƏK
20 aprel 2021 19:14 (UTC +04:00)

Tələbələr məcburi PEYVƏNDLƏNƏCƏK

Amerikalı tələbələrdən koronavirusa qarşı peyvəndlənmələri tələb olunacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, COVID-19-a qarşı peyvənd yataqxanada yaşamaq üçün ilkin şərt olacaq.

Yal, Kolumbiya, Kornell və Broun universitetlərində tələbələr üçün belə şərtlər artıq müəyyən edilib.

Tələbələr üçün məcburi peyvəndlənməni digər universitetlər də dəstəkləyib.

Bu tələb payızda, yeni dərs ili başlayanda qüvvəyə minəcək. Peyvəndləmədə istisnalar tibbi və ya dini səbəblərdən ola bilər. 

ABŞ-da koronavirus peyvəndi ölkənin bütün sakinləri üçün əlçatandır. Bunu 16 yaşdan yuxarı böyüklər və yeniyetmələr edə bilər.

Qeyd etmək lazımdır ki, ABŞ koronavirusdan yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

Oxşar yazılar