Stressin  dəriyə təsirini   necə azaltmaq olar? - Kosmetoloq MƏSLƏHƏTİ
17 mart 2025 19:30 (UTC +04:00)

Stressin dəriyə təsirini necə azaltmaq olar? - Kosmetoloq MƏSLƏHƏTİ

Müasir dövrdə istisnasız olaraq hamımız stressin təsirinə məruz qalırıq. Onun mənfi nəticələri təkcə sinir sisteminə deyil, həm də dərinin vəziyyətinə ciddi təsir göstərir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, stressin dəri üzərində yaratdığı fəsadlar quruluq, qıcıqlanma, soyulma, həddən artıq sebum istehsalı, sızanaqlar, iltihab və hətta ekzema kimi xroniki dermatoloji problemlərin pisləşməsi şəklində özünü göstərə bilər.

Dəri təzə görünüşünü və sağlam tonunu itirir. Stressi tamamilə aradan qaldırmaq çətin olsa da, düzgün qulluq və daxili balans sayəsində onun dəri üzərindəki mənfi təsirini minimuma endirmək mümkünüdür.

Stressin azaldılması texnikaları

1. Dincəlmə və rahatlama

Özünüzə vaxt ayırmaq stressin idarə olunması və ümumi rifahın qorunmasının vacib hissəsidir. Kitab oxumaq, yoqa, meditasiya və ya bağçılıqla məşğul olmaq stressi azaltmaqla yanaşı, dəri regenerasiya proseslərini stimullaşdırır.

2. Fiziki fəaliyyət

Daimi idman stress hormonlarını azaldaraq həm emosional, həm də fiziki sağlığı əlverişli şəraitdə saxlayır. Günlük gəzinti qan dövranını artıraraq bədəni oksigenlə təmin edir və əhval-əhvali yüksəldir.

3. Keyfiyyətli yuxu

Gecəlik 7-9 saat keyfiyyətli yuxu bədənin bərpa proseslərini dəstəkləyir. Yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlər, məsələn, kitab oxumaq və ya isti vanna qəbul etmək yuxu rejimini normallaşdıra bilər.

4. Dəri baxımı

Dəri qulluğunda ilk addım təmizlənmədir. Yumşaq, sakitləşdirici tərkibli təmizləyicilər istifadə edilməlidir. Tonlama mərhələsində probiyotiklər, niasinamid və keramid tərkibli süt tonikindən istifadə edə bilərsiniz.

Nəmləndirici mərhələ üçün antioksidantlar, hialuron turşusu və bərpaedici komponentlər olan kremlər müsbət təsir göstərir. Həmçinin, gündəlik güneş kremi istifadə etmək dərini UV şüalarından qoruyur.

5. Düzgün qidalanma

Dərinin sağlam qalması üçün balanslı pəhriz çox vacibdir. Qızardılmış, yağlı və şəkərli qidalardan qaçaraq, tərəvəz, meyvə, tam taxıllar və azyağlı zülallara üstünlük vermək lazımdır. Omega-3 yağ turşuları iltihabı azaldır və dərinin elastikliyini qoruyur. Bundan başqa, kifayət qədər su qəbulu dərinin nəmliliyini qoruyur və daha parlaq görünməsinə kömək edir.

Vitamin və mineralların qəbulu da bədəni dəstəkləyir; B, C və D vitaminləri, maqnezium və jenşen kimi təbii əlavələr stressi azaltmaqda köməkçidir. Stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, bu metodlarla dərinizin sağlam və parlaq qalmasına dəstək ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar

Niyə  hər gün duş   qəbul etməməlisiniz - FƏSADLARI

Niyə hər gün duş qəbul etməməlisiniz - FƏSADLARI

17 mart 2025 , 17:36
Damarları effektiv təmizləyən QİDALAR

Damarları effektiv təmizləyən QİDALAR

17 mart 2025 , 11:25
Ən ölümcül  xərçəng növü   AÇIQLANDI

Ən ölümcül xərçəng növü AÇIQLANDI

16 mart 2025 , 15:41
Tez-tez  çay içməyin   zərəri barədə XƏBƏRDARLIQ

Tez-tez çay içməyin zərəri barədə XƏBƏRDARLIQ

16 mart 2025 , 11:40
Hər gün yumurta yemək  - Sizi gözləyən 5 DƏYİŞİKLİK

Hər gün yumurta yemək - Sizi gözləyən 5 DƏYİŞİKLİK

16 mart 2025 , 09:35
Hər gün geyinmək qadağandır:  Sağlamlıq üçün zərərli 4 geyim

Hər gün geyinmək qadağandır: Sağlamlıq üçün zərərli 4 geyim

15 mart 2025 , 17:58
Yumurta qəbulunun orqanizmə Təsiri

Yumurta qəbulunun orqanizmə Təsiri

15 mart 2025 , 10:00
Hər gün  kivi yeməyin   FAYDALARI

Hər gün kivi yeməyin FAYDALARI

14 mart 2025 , 19:46