Sağlamlıq üçün  ən təhlükəsiz   iş rejimi
15 aprel 2024 12:07 (UTC +04:00)

Sağlamlıq üçün ən təhlükəsiz iş rejimi

Alimlər hansı iş rejiminin daha az stresli olduğunu müəyyən ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm beş günlük iş həftəsi sağlamlıq üçün ən təhlükəsiz iş qrafiki olub.

Alimlər 7 mindən çox insanın iştirak etdiyi 30 illik araşdırma əsasında belə qənaətə gəliblər. Mütəxəssislər müəyyən ediblər ki, həftənin beş günü eyni vaxtda işləyən və gənclik illərindən bu cədvələ sadiq qalan insanlar özlərini daha yaxşı hiss edirlər.

Bu arada, qeyri-müntəzəm məşğulluq və həddindən artıq işin sağlamlığa mənfi təsir göstərdiyi sübut edilib. Üstəlik, insanın əvvəlcə həftədə beş gün sabit işlədiyi, sonra qeyri-müntəzəm iş qrafikinə keçməsi vəziyyəti daha da pisləşdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4356
avatar

Arzu Qurbanlı

Oxşar yazılar