Saçların tökülməsinin qarşısının alınması və yeni saçların yaranması üçün dərman icad edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər veri ki, aparılan araşdırmalara görə, “Baricitinib” adlı dərman artıq Böyük Britaniya Milli Səhiyyə Sistemi tərəfindən artrit, dermatit və hətta ağır COVİD də daxil olmaqla bir sıra xəstəliyi müalicə etmək üçün istifadə olunur.
Bu dərman immunitet sisteminin saç foliküllərinə hücum etməsinə səbəb olan yanlış siqnalları kəsir.
Hazırda bununla bağlı təcrübələr aparılır. Alopesiya, qadınların təxminən 40 və kişilərin 30 faizini həyatlarının bir nöqtəsində təsir edən saç tökülməsini təsvir etmək üçün istifadə edilən bir termindir.
Dünyadakı əksər insanlar immun sisteminin hüceyrələrinin naməlum səbəblərdən saç köklərinə hücum etdiyi alopesiya adlı xəstəlikdən əziyyət çəkir.