Saç və dırnaqlar keratin adlı bir zülaldan ibarətdir. Hər ikisinin inkişafı üçün oxşar qidalara ehtiyacı var. Sağlam, düzgün qidalanma dəri, saç və dırnaqlar üçün də vacibdir.
Günəş, hava çirkliliyi, stress... Bunların hamısı dəri üçün zərərli faktorlardır. Ancaq bəzi qidalar bunun qarşısını almağa kömək edə bilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, E və C vitaminlərinin birləşməsi dərini ultrabənövşəyi şüaların zədələnməsinə qarşı qoruyur. İki xörək qaşığı buğdada E vitamininin gündəlik dəyərinin 15 faizi var. Bunun üçün dəri, dırnaq və saç sağlamlığınız üçün pəhrizinizə buğda əlavə edə bilərsiniz.
Bundan əlavə, günəbaxan yağı, yağlı balıq, ananas, fındıq, mərci, yumurta, yaşıl və sarı bibər kimi qidalar dəri, saç, dırnaqlar üçün faydalıdır. Yumurta sarısı güclü saç və dırnaqlara sahib olmaq üçün əsas alternativdir. Belə ki, o özündə biotin və protein ehtiva edir. Bibərin tərkibində isə portağaldan daha çox C vitamini var.