“Quş qripi” təhlükəsi  ARTIR :  ölənlər var
24 may 2021 21:20 (UTC +04:00)

“Quş qripi” təhlükəsi ARTIR : ölənlər var

COVID-19 pandemiyasının ilk dalğasının ortasında, elm adamları və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri belə bir vəziyyətin yaranmasına səbəb ola biləcək bir sıra nəticələr barədə xəbərdarlıq etmişdilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, ümumi fonda təhlükəli xəstəliklərin yayılması riski də artmışdı. Onların arasında “quş qripi” də var idi.

Tədqiqatçılar H5N8 qripinin yayılması barədə xəbərdarlıq edirlər. Söhbət yüksək patogenli “quş qripi”nin alt növündən gedir.

İlk dəfə onun haqqında bir neçə on il əvvəl danışırdılar. 2020-ci ildə, onlarla ölkədə quşlarda davam edən bir sıra H5N8 qripi epidemiyası təsbit edilib.

Risk qrupuna yalnız köçəri quşlar deyil, həm də təsərrüfatlarda yetişdirilən toyuq və ördəklər də daxildir.

Hazırda insanlar arasında yoluxma halları qeydə alınır. ÜST rəsmiləri 862 insanın “quş qripi”nə yoluxduğunu bildirirlər. Onlardan 455-i vəfat edib. 

Bu yoluxmaların təxminən 76 faizi Misir və İndoneziyada qeydə alınıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Oxşar yazılar