"Qara su" ən təhlükəli göz xəstəliyidir - HƏKİMDƏN AÇIQLAMA
13 mart 2023 14:53 (UTC +04:00)

"Qara su" ən təhlükəli göz xəstəliyidir - HƏKİMDƏN AÇIQLAMA

"El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur".

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazadə danışarkən deyib. 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir:

"Səbəb isə odur ki, qlaukoma erkən mərhələlərdə asimptomatik keçir. Buna görə də onun nəzarətsiz gedişi görmə qabiliyyətinin geri dönməz itkisinə səbəb olur. Qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur. Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər.

Qlaukoma görmə sinirinin və tor qişanın zədələnməsinə səbəb olur. Bu, göz içi təzyiqinin fərdi normadan artıq olması səbəbindən baş verir və zaman keçdikcə optik sinirin atrofiyasına gətirib çıxara bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2040
avatar

Fidan İlqar

Oxşar yazılar