Pomidordan  YEYİLƏ BİLƏCƏK   peyvənd hazırlanır
31 avqust 2021 18:33 (UTC +04:00)

Pomidordan YEYİLƏ BİLƏCƏK peyvənd hazırlanır

Özbəkistanda koronavirusla mübarizə çərçivəsində pomidordan istifadə ediləcək.

Lent.az xəbər verir ki, ölkənin İnnovativ İnkişaf  Nazirliyinin açıqlamasında Özbəkistan Elmlər Akademiyasının Genomika və Bioinformatika Mərkəzində çalışan özbək alimləri pomidor genetikasını dəyişdirərək, koronavirusa qarşı yeməli peyvənd hazırlayacaqları qeyd olunub. 

Onlar koronavirusun tac hissəsini klonlaşdıraraq bitki hüceyrəsinə yerləşdirib, sözügedən pomidoru əldə ediblər. Test nəticəsində bitki hüceyrələri peyvənd kimi qəbul ediləcək.

Açıqlamada peyvənd tərkibli pomidorun 2 aydan sonra yetişdiriləcəyi qeyd edilir. Pomidoru yeyən insanların bədənində koronavirusa qarşı anticisim yaranacaq.

Qeyd edək ki, Özbəkistanda hazırda koronavirusa qarşı “Moderna”, “AstraZeneca”, “Sputnik V”  peyvəndlərindən istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7557
avatar

Nigar Adil

Oxşar yazılar