Pis yuxunun  mənfi nəticələri
05 yanvar 2024 17:53 (UTC +04:00)

Pis yuxunun mənfi nəticələri

Cənubi Florida Universitetinin Yaşlanma Tədqiqatları Məktəbinin alimləri yuxu çatışmazlığının orqanizmə necə təsir etdiyini və ilk mənfi nəticələrin nə vaxt göründüyünü öyrənmək üçün araşdırma aparıblar.

Lent.az xəbər verir ki, bu barədə “Science Daily” məlumat yayıb.

Təcrübədə 2 min yetkin insan iştirak edib. Alimlər könüllülərdən yuxularının təfərrüatlı gündəliklərini saxlamalarını istəyiblər, daha sonra bu gündəliklər ətraflı təhlil edilib. Nəticələr 8 gün ərzində 6 saatdan az yatan insanların üçüncü gün qıcıqlanma və halsızlıq hiss etməyə başladığını ortaya qoyub.

Tədqiqatın aparıcı müəllifi Sumi Li, bir çoxumuzun həftə sonları yuxu çatışmazlığını "kompensasiya edə" və həftə ərzində daha məhsuldar ola biləcəyimizə inandığını söyləyib. Bununla belə, araşdırmalar göstərir ki, yalnız bir gecəlik yuxusuzluq gündəlik fəaliyyətinizi əhəmiyyətli dərəcədə azalda bilər.

Mütəxəssislər daha yaxşı yatmağınıza kömək edəcək bəzi məsləhətlər veriblər.

Müntəzəm yuxu cədvəli qurun: həftə sonları belə hər gün eyni saatda yatın və oyanın.

Rahat bir yuxu mühiti yaradın: Yatmaq üçün sakit, qaranlıq bir yer, rahat döşək və yastıq təmin edin.

Yatmazdan əvvəl stressdən qaçın: Fikrinizi sakitləşdirmək üçün yoqa və ya meditasiya kimi istirahət üsullarını edin.

Yatmazdan əvvəl kofein və spirt qəbulunu məhdudlaşdırın: Bu maddələr yuxuya mane ola bilər.

Fiziki fəaliyyəti tənzimləyin: Fiziki fəaliyyət daha yaxşı yatmağınıza kömək edir, lakin bunu yatmazdan əvvəl deyil, səhər və ya günorta etmək daha yaxşıdır.

Texnologiyadan istifadəni azaldın: Yatmazdan əvvəl kompüterlərdən, smartfonlardan və televizorlardan gələn parlaq işıqları söndürün.

# 9519
avatar

Fidan İlqar

Oxşar yazılar