Mətbəxin  ən çirkli əşyası  – Təhlükələr nələrdir?
13 may 2024 11:06 (UTC +04:00)

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. 

Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyaya səbəb ola bilər. 

Mütəxəssislərin sözlərinə görə, əskilər tez-tez əlüzyuyan üzərində xırda yemək hissəcikləri ilə qalır və rütubət sayəsində mikroblarla dolu olur. Bu bakteriyalar qusma və ishal, qızdırma, qarın ağrısı, həmçinin qan infeksiyaları, pnevmoniya və ya sümük və oynaqların infeksiyası və s. kimi xəstəlikləri yarada bilər. 

Mütəxəssislər mətbəxdə bu əşyanı mümkün qədər mütəmadi dəyişməyi və iki gündən bir xüsusi antibakterial vasitə ilə yaxalayıb radiatorda qurutmağı məsləhət görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10476
avatar

Sevinc Fərid

Oxşar yazılar