Çin alimləri koronavirusun bütün ştamlarını zərərsizləşdirə bilən monoklonal 35B5 antiteli tapıblar.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, antitel koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan bir xəstənin qanında tapılıb.
Kəşf Quançjoudakı Sun Yatsen universitetinin professoru Den Kay və əməkdaşları tərəfindən edilib.
Krioelektron mikroskopdan istifadə edilən təcrübələr sayəsində alimlər müəyyən ediblər ki, antitel virusun S-protein strukturunda mutasiyaya uğramayan həmin hissəsini belə neytrallaşdıra bilir.
Bildirilir ki, Çin alimləri bu antitel əsasında koronavirus peyvəndi yaratmağa ümid edirlər.
Bu antitelə uyğunlaşdırılmış peyvənd universal ola və koronavirusun bütün mövcud və gələcək mutasiyalarını zərərsizləşdirə bilər.