Mütəxəssislər deyirlər ki, çəkiyə nəzarət etsəniz və sağlam həyat tərzi keçirsəniz, ölümcül xəstəlik riskini azaltmaq olar.
Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, həkimlər xərçəng riskini minimuma endirməyə kömək edəcək əsas yolları müəyyən ediblər.
Dünya Xərçəng Araşdırmaları Fondunun ekspertləri sağlam çəki saxlamağı məsləhət görürlər. Bu 12 növ xərçəngdən qoruya bilər: bağırsaq, döş, öd kisəsi, böyrək, qaraciyər, ağız, yemək borusu, yumurtalıq, mədəaltı vəzi, prostat, mədə və uşaqlıq. Həkimlərin fikrincə, orta hesabla kişiyə gündə təxminən 2500 kalori, qadına isə təxminən 2000 kalori lazımdır.
Bundan əlavə, müntəzəm fiziki fəaliyyət xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər. Yaşlılara həftədə ən azı 150 dəqiqə məşq etmələri tövsiyə olunur.
Eyni zamanda sağlam qidalanmaq, xüsusilə də daha çox tərəvəz və meyvələr, dənli bitkilər və paxlalılar istehlak etmək vacibdir. Xərçəng riskini azaltmaq üçün yüksək kalorili qidalardən, qırmızı ətdən, şəkərli qazlı içkilərdən, spirtdən yayınmaq lazımdır.