"Omicron" ştammı neçə nəfəri öldürüb? –  AÇIQLAMA
06 dekabr 2021 17:32 (UTC +04:00)

"Omicron" ştammı neçə nəfəri öldürüb? – AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onlarla ölkədə artıq müəyyən edilmiş koronavirusun yeni "omicron" ştammı hələ bir nəfərin ölümünə səbəb olmayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayanın fikrincə, ştammın yoluxucu olub-olmadığını və infeksiyadan sonra xəstəliyin nə qədər ağır olduğunu müəyyən etmək üçün bir neçə həftə lazımdır.

Xatırladaq ki, daha əvvəl ÜST rəhbəri "omicron" ştammı səbəbindən yaranan gərginliyinə görə Cənubi Afrika ilə uçuşları dayandıran ölkələri pisləyib.

Qeyd edək ki, "omicron" ştammına yoluxma dünyanın artıq 40 ölkəsində qeydə alınıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar