Niyə ayaq üstə su içmək olmaz?  4 SƏBƏBİ
17 fevral 2023 16:02 (UTC +04:00)

Niyə ayaq üstə su içmək olmaz? 4 SƏBƏBİ

İnsanlar arasında adətən ayaq üstə su içməyin zərərli olduğu deyilir. Hətta müsəlmanlar Həzrəti Məhəmmədin sünnəsinə uyğun olaraq oturaraq su içir. Ancaq tibbi tərəfdən də ayaq üstə su içməyin bir sıra ziyanları var.

Lent.az ayaq üstə maye qəbul etməyin 4 zərərli nəticəsini təqdim edir:

Həzm problemi

Ayaq üstə su içmək həzm sisteminə mənfi təsir edir. Çünki ayaq üstə içilən su qida kanalından çətinliklə keçir və birbaşa mədənin aşağı hissəsinə enir. Bu da kifayət qədər ziyandır. Həmçinin, ayaq üstə su içildikdə sinirlər dartılır. Nəticədə maye balansı pozulur, toksinlərin sayı artır və həzm pozğunluğu yaranır. 

Artritlərin yaranması

Ayaq üstə maye qəbul etmək oynaqların zədələnməsinə də səbəb ola bilər.

Daxili orqanlar üçün risk

Ayaq üstə su içdikdə lazım olan qida və vitaminlər qaraciyərə və həzm sisteminə çatmır. Əksinə, maye sistemdə çox sürətlə hərəkət edir və pozulmuş oksigen balansı ağciyərləri, ürəyi riskə atır.

Böyrək problemləri və sidik yolu pozğunluqları

Maye oturarkən böyrəklərdən daha yaxşı süzülür. Ayaq üstə isə maye yüksək təzyiq altında qəflətən mədənin aşağı hissəsində çökür, sidik kisəsinə enir və böyrəklərdən keçmir. Nəticədə bu da böyrəklərin fəaliyyətinə ciddi ziyan vurur. Hətta sidik yollarında belə problem yaranır.

Bəs, mayeni düzgün formada necə qəbul etmək olar?

Su içməyin düzgün yolu oturaraq içmək və kürəyinizi düz tutmaqdır. Bu yolla maddələr beyinə çatır və onun fəaliyyətini yaxşılaşdırır. Həmçinin, həzm sistemi normal qaydada işləyir və insanlar özlərində şişkinlik hiss etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Sevinc Fərid

Oxşar yazılar