Britaniyalı həkimlər meymunçiçəyinin müalicəsi üçün dərman tapıblar.
Lent.az xəbər verir ki, bu barədə məlumat “Lancet” tibbi jurnalında dərc olunub.
Bildirildiyinə görə, İngiltərənin Liverpul Universitetinin tədqiqatçısı Hugh Adler 2018-2021-ci illər arasında baş vermiş meymunçiçəyinə yoluxma ilə bağlı 7 hadisəni araşdırıb.
Araşdırma zamanı müəyyən ediblər ki, xəstəliyin müalicəsində “antiviral”, “brincidofovir” və “tecomvirimat” dərmanlarından istifadə etmək mümkündür.
Qeyd edək ki, bu dərmanlar əvvəllər suçiçəyi əleyhinə hazırlanıb. Hazırda onların meymunçiçəyi virusuna qarşı da effektiv olduğu təsdiqlənib.