Mağazadan aldığınız 4 məhsul: Qan  şəkərinin artmasına  səbəb olur
28 mart 2024 12:53 (UTC +04:00)

Mağazadan aldığınız 4 məhsul: Qan şəkərinin artmasına səbəb olur

Mütəxəssislər qan şəkərini və çəki artımına səbəb olan qidaları aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə 4 qida sağlamlıq riskləri ilə əlaqələndirilir.

1. Səhər yeməyi üçün taxıl

Bu cür qidaların əksəriyyətində qan şəkərinin səviyyəsini artıran zərif şəkərlər və karbohidratlar var. 

2. Şirniyyatlar

Çörək və peçenyelərdə çoxlu şəkər və yağ var ki, bu da sağlamlığınıza mənfi təsir göstərir. Fıstıq yağı kimi evdə hazırlanmış qidalara üstünlük vermək lazımdır.

3. Şirinləşdirilmiş içkilər

Qazlı və meyvə içkilərində artıq şəkər var ki, bu da qan şəkəri və çəki artımına səbəb olur. İnsulin müqavimətinin inkişaf riskinin artması səbəbindən onları müntəzəm istifadə etmək olmaz.

4. Yoqurt

Yoqurtlarda şəkər yüksək və zülal azdır. 

# 2127
avatar

Arzu Qurbanlı

Oxşar yazılar