Koronavirusdan daha DƏHŞƏTLİDİR:  Ölüm rekordlarını qıran   xəstəlik 
29 sentyabr 2023 19:01 (UTC +04:00)

Koronavirusdan daha DƏHŞƏTLİDİR: Ölüm rekordlarını qıran xəstəlik 

Ekspertlər dünyanın ən ölümcül yoluxucu xəstəliyi sayılan vərəmin təhlükələri barədə xəbərdarlıq edir. Hər il təxminən 1,5 milyon insan ondan ölür. 

Lent.az xarici mediaya istinadla bildirir ki, 2022-ci ilin oktyabr ayına olan məlumata görə, bu xəstəlik ölüm nisbətində COVID-19-u ötüb.

Vərəm bakteriyaları dərmanlara çox dözümlü və davamlıır. Müalicə olmayan yoluxmuş şəxs ildə orta hesabla 10-15 nəfəri yoluxdura bilər. Əlamətlərə öskürək, çəki itkisi və qızdırma daxildir. Müalicə edilməzsə, yoluxanların təxminən yarısı beş il ərzində ölür.

Xəstəlik heç bir sərhəd tanımır. Hər kəsə xatırlatma: sağlam yeyə bilərsiniz. Siz qaçmaqla özünüzü bir çox xəstəliklərdən qoruya bilərsiniz. Ancaq nəfəs aldığınız müddətdə hələ də vərəmə yoluxa bilərsiniz.

# 3969
avatar

Oxşar yazılar