Çin alimləri koronavirusu, "donuz qripi" və "quş qripi"ni aşkarlaya bilən və sonra mobil proqram vasitəsilə infeksiya sahibini cəmi 10 dəqiqə ərzində xəbərdar edən yüksək texnologiyalı üz maskası hazırlayıblar.
Lent.az xəbər verir ki, tədqiqatçılar artıq qapalı kamerada virus olan mayeni birbaşa yeni maskaya çiləyərək ixtiranı sınaqdan keçiriblər.
Sensor cəmi 0,3 mikrolitr dərmana reaksiya verib və koronavirus, "donuz qripi" və "quş qripi"ni aşkarlaya bilib.
"Biz havada virusun olub-olmadığını aşkar edən və istifadəçini xəbərdar edən maska yaratmaq istədik. Maskamız çox yaxşı işləyəcək. İnfeksiya riskinin yüksək olduğu liftlər, və ya qapalı yerlər kimi zəif havalandırılan yerlərdə istifadə oluna bilər”, - tədqiqata rəhbərlik edən Şanxay Tongji Universitetindən doktoru Yin Fang bildirib.