Alimləri "SARS-CoV-2"nin geniş spektrli patogen variantlarını maneə törədə bilən yeni dərman sinfi kəşf ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar ACE2 reseptorunu ifadə edən genin aktivləşdirilməsi mexanizmini yaradıblar.
Bu reseptor hüceyrələrin səthində yerləşir və ona bağlanan hüceyrəyə daxil olmaq üçün istifadə edən koronavirus üçün hədəfdir. Genin aktivləşdirilməsindəm SWI/SNF kompleksləri iştirak edir.
Təcrübələr göstərib ki, mSWI/SNF komplekslərinin pozulması virusun insan hüceyrələrinə daxil olmasının qarşısını alır. mSWI/SNF komplekslərinin məhvindən sonra hüceyrə artıq ACE-2 istehsal edə bilməyib və bu reseptordan istifadə edən hər hansı virusun infeksiyasına qarşı davamlı olub.
mSWI/SNF-ni hədəf alan kiçik molekul inhibitorları artıq bir neçə xərçəng üçün terapevtik agent kimi klinik sınaqlardadır. Alimlər nümayiş ediblər ki, bu sinif dərmanlar SARS-CoV-2-nin bir neçə variantına, o cümlədən Yale Universitetindən bir xəstədən təcrid olunmuş remdesivirə davamlı ştama qarşı effektivdir.