Sara Boykmann
23 aprel 2021 16:31 (UTC +04:00)

Sara Boykmann

Koronavirus peyvəndindən sonra əlil arabasına möhtac qaldı

İngiltərənin Qlazqo şəhərinin 34 yaşlı sakini mart ayında koronavirusa qarşı peyvənd vurdurmaq qərarına gəlib

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, AstraZeneca peyvəndinin birinci dozasından sonra Sara Boykmannda yüngül soyuqdəymə əlamətləri ortaya çıxıb. Sonra ayaqlarında güclü qaşınma hiss edib və həkiminin yanına getmək qərarına gəlib, ancaq vaxt tapmayıb. Ayaqları yara və qanla dolu şilə örtülüb və qadın xəstəxanaya yerləşdirilib.

Səpki və qaşıntıya sürətli ürək döyüntüsü də əlavə edilib. Həkimlər bir neçə dəfə testlər aparıblar, lakin nəticə verməyib. Sarah heç bir xəstəlik keçirməyib və həkimlər yeni peyvəndin günahkar olduğu qənaətinə gəliblər. Qadına davamlı olaraq steroidlər və sarğı verilib. Ağrısı səbəbiylə əlil arabasında hərəkət etmək məcburiyyətində qalan Saranın əllərində və üzlərində qızartı və qabarcıqlar görünməyə başladı.

Bir müddət sonra vəziyyəti stabilləşib, lakin həkimlər onun ikinci AstraZeneca peyvəndini vurdurmasını qəti şəkildə qadağan ediblər.

Dəri xəstəlikləri ilə mübarizə üzrə İngiltərə fondundan olan mütəxəssis peyvəndin yeni olmasına baxmayaraq, ona qarşı belə bir allergik reaksiyanın çox nadir olduğunu izah edib.


 

# 2991
avatar

Oxşar yazılar