Koronavirus hamilə qadınlarda  uşağın psixikasına   necə təsir edir?
05 dekabr 2021 16:22 (UTC +04:00)

Koronavirus hamilə qadınlarda uşağın psixikasına necə təsir edir?

Hamilə qadının COVID-19 ilə yoluxması, infeksiya uşağa keçməsə belə, döldə psixi pozğunluqlara səbəb ola bilər.

Lent.az-ın məlumatına görə,  bu barədə “Nature Immunology” jurnalında dərc olunan yeni araşdırmada bildirilir.

Mütəxəssislərin sözlərinə görə, hamiləlik zamanı xəstəlik döl üçün ciddi nəticələrlə təhdid edir. Onların qarşısını almaq üçün mütəxəssislər hamiləlikdən əvvəl koronavirusa qarşı peyvənd etməyi məsləhət görüblər.

“Bizim vəzifəmiz ananın artıq peyvənd olunmuş hamiləliyə girməsidir. Bu mövqedə risk etmək çox təhlükəlidir. Hamiləlik zamanı peyvənd ana üçün təsirli olacaq. Döl üçün risklər, əlbəttə ki, ananın xəstəliyi ilə müqayisədə daha az, lakin əvvəlcədən peyvənd olunduğundan daha çox olacaq”, - İmmanuel Kand adına Baltik Federal Universitetinin tədqiqatçı professoru Andrey Prodeus deyib.

Professorun sözlərinə görə, koronavirusun uşağın immun sisteminin inkişafına necə və niyə təsir etdiyi tam məlum deyil: bunu müəyyənləşdirmək üçün ən azı 5 il araşdırma aparmaq lazımdır. Lakin heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, bu cür dəyişikliklər nevroloji və sinir sisteminin zədələnməsinə, o cümlədən autizmə gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar