17 min nəfər əhalisi olan Kuk arxipelaqında yeni növ koronavirusa ilk yoluxma üzə çıxıb.
Lent.az-ın məlumatına görə, virus xaricdən qayıdan 10 yaşlı uşaqda aşkar edilib. O, ailəsi ilə birlikdə karantinə alınıb.
Qeyd edək ki, pandemiya başlayandan bu ölkənin dünya ilə əlaqəsi kəsilib. Yalnız yeni Zelandiyadan çarter reysləri ilə yerli əhali bura gələ bilib. Onlar da gəldikdən sonra azı 10 gün təcrid olunublar. Yoluxmanın olmamasına baxmayaraq 12 yaşdan yuxarı əhalinin 96%-i tam peyvənd edilib.