İçməli suda təhlükəli bakteriyalar   aşkarlandı
25 aprel 2024 07:54 (UTC +04:00)

İçməli suda təhlükəli bakteriyalar aşkarlandı

Fransada “Nestle” şirkəti suyun toplandığı mənbədə nəcis mənşəli bakteriyalar aşkar edildiyi üçün iki milyon şüşə “Perrier” suyunu məhv edib.

Lent.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Qəzet aydınlaşdırıb ki, buna səbəb “Perrier” zavodunun yerləşdiyi Verqese kommunasında yeddi bulaqdan birinin suyundan istifadənin dərhal dayandırılması haqqında Qard departamenti prefektinin fərmanı olub.

Qeyd olunub ki, 2024-cü il martın 10-dan bir neçə gün ərzində suyun mənbəsinin ətrafında nəcis mənşəli mikroorqanizmlərlə, həmçinin “Pseudomonas aeruginosa” növünün mikroorqanizmləri ilə yoluxma epizodu baş verib. Belə ki, bu bakteriyalar suya düşsələr, istehlakçılar üçün sağlamlıq riski yarada bilərlər.

“Nestle” nəşrə bildirib ki, buna səbəb “Monika” qasırğası zamanı bölgəyə yağan güclü yağış olub.

Qəzet isə qeyd edib ki, bu hadisə şirkətin mənbələrində toplanan qrunt sularının keyfiyyətinin ümumi şəkildə pisləşməsi fonunda baş verib. Belə ki, Fransada istehsal olunan mineral suyun ən azı 30%-i qadağan olunmuş təmizləmə prosedurlarından keçir.

Xatırladaq ki, “Pseudomonas aeruginosa” kəskin və ya xroniki infeksiyalara səbəb olan, bəzən ciddi və ölümcül bir mikroorqanizmdir. Bu bakteriya növləri antibiotiklərə qarşı güclü müqavimət göstərir.

# 1830
avatar

Oxşar yazılar

Qaynadılmış yumurtanı  axşam yeməyin   FAYDALARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

6 may 2024 , 19:58
Səhər bu qidanı  yeməyin, yoxsa...

Səhər bu qidanı yeməyin, yoxsa...

6 may 2024 , 18:52
Yalnızlıq  ölüm riskini   artırır

Yalnızlıq ölüm riskini artırır

6 may 2024 , 18:30
Bu qidaları hər gün  yemək olmaz

Bu qidaları hər gün yemək olmaz

6 may 2024 , 17:57
Nadir  göz xərçənginin   müalicəsinin YENİ ÜSULU

Nadir göz xərçənginin müalicəsinin YENİ ÜSULU

6 may 2024 , 17:46
Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

6 may 2024 , 15:34
 İnci arpasını   kimlər yeməməlidir?

İnci arpasını kimlər yeməməlidir?

6 may 2024 , 14:06
Tez-tez şirniyyat istəyənlərin  DİQQƏTİNƏ – Həkim danışdı

Tez-tez şirniyyat istəyənlərin DİQQƏTİNƏ – Həkim danışdı

6 may 2024 , 13:22