Həkim qadındırsa,  xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29 aprel 2024 17:57 (UTC +04:00)

Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir

Xəstəxanaya yerləşdirildikdən sonra, həkim qadındırsa, yaşlı xəstələrin sağ qalma şansı bir qədər çox olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tendensiya Amerika tibb tədqiqatçıları tərəfindən müəyyən edilib. 

Tədqiqatın müəllifləri Amerika təqaüdçülər üçün tibbi sığorta sistemi olan "Medicare"dən istifadə edən xəstələrin təsadüfi nümunəsini təhlil ediblər. Ümumilikdə 2016-2019-cu illər arasında xəstəxanaya müraciət edən qadınların 458 mindən çox, kişilərin isə 318 minə yaxın tibbi qeydləri araşdırılıb.

Tədqiqat göstərib ki, sağ qalma şansı həm xəstənin, həm də müalicə alan həkimin cinsindən asılıdır. Hər iki cinsdən olan xəstələrin təxminən 31%-nin qadın həkim olduğu qeyd edilir. Hesablamalar göstərib ki, xəstəxanaya yerləşdirildikdən sonra ilk ayda qadın xəstələrin 8 faizdən bir qədər çoxu ölür: əgər müalicə alan həkim qadındırsa 8,15 faiz, həkim kişidirsə 8,38 faiz. Fərq 0,23 faiz təşkil edir.

Kişi xəstələrdə orta ölüm nisbəti nəzərəçarpacaq dərəcədə yüksəkdir - ilk ayda 10 faizdən çox. Ancaq burada da hesablamalar daha az nəzərə çarpsa da, həkimin cinsi ilə korrelyasiya edilib. Belə ki, qadın həkimlər üçün ilk ayda kişi xəstələrin orta hesabla 10,15 faizi, kişi həkimlər üçün isə orta hesabla 10,23%-i dünyasını dəyişib. Fərq 0,08 faiz təşkil edir.

Fərq kiçik görünsə də, tədqiqat müəllifləri bunu statistik cəhətdən əhəmiyyətli hesab ediblər. Üstəlik, əvvəllər sağ qalmış xəstələrin yenidən xəstəxanaya yerləşdirilməsi ilə tendensiya davam edir.

"Nəticələr göstərir ki, qadın və kişi həkimlər fərqli şəkildə tibblə məşğul olurlar. Bu fərqlər xəstələrin sağlamlıq nəticələrinə təsir edəcək qədər əhəmiyyətlidir".

Müəlliflər qeyd edirlər ki, yeni tədqiqatlar xəstələrin ölüm hallarının müalicə edən həkimin cinsinə görə dəyişməsinin və qadın xəstələrdə bu fərqin kişi xəstələrdən üç dəfə çox olmasının səbəblərini aşkar etməlidir.

Həmmüəllif Lisa Rothensteinə görə, ehtimal olunan səbəb qadın həkimlərin xəstələrlə daha çox ünsiyyət qurmağa meylli olması və nəticədə daha yaxşı tibbi tarix toplaması ola bilər. Bundan əlavə, qadınlar öz xəstələrini həmkarları ilə daha çox müzakirə edir və bir-birlərinə məsləhətlər verə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Fidan İlqar

Oxşar yazılar