Balıqda xəstəliklərin effektiv profilaktikası üçün vacib olan dəyərli maddələr mövcuddur. Omega-3 yağ turşularının çatışmazlığı hansı ki, onların əsas mənbəyi yağlı dəniz balıqlarıdır. Erkən ölüm riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu maddələr xüsusilə yaşlı insanlar üçün önəmlidir, çünki bu dövrdə orqanizm damarların, beynin və ürəyin dəstəyinə daha çox ehtiyac duyur.
ABŞ-ın Massaçusets ştatının Framingham şəhərində aparılan genişmiqyaslı uzunmüddətli araşdırmanın nəticələrinə görə, qanda omega-3 səviyyəsinin aşağı olması bir sıra ağır xəstəliklərlə əlaqələndirilir. Bunlara ürək-damar patologiyaları, Altsheymer xəstəliyi, yaşa bağlı tor qişa degenerasiyası, idrak pozuntuları və hətta depressiv pozğunluqlar daxildir. Maraqlıdır ki, qanda omega-3 səviyyəsi yüksək olan yaşlı insanların ölüm riski xeyli aşağı olub. Araşdırma göstərib ki, kişilərdə ölüm halları 15, qadınlarda isə 18 faiz azalıb.
Niyə omega-3 bu qədər vacibdir
Bu turşular hüceyrə membranlarının quruluş komponentləridir, neyron əlaqələrinin formalaşmasında iştirak edir və güclü iltihab əleyhinə təsir göstərir. Onlar xolesterinin normallaşmasına kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır və damarların elastikliyini yaxşılaşdırır.
Qəbul üzrə tövsiyələr
Amerika Kardiologiya Kolleci rasiona həftədə ən azı iki dəfə dəniz balığı daxil etməyi tövsiyə edir. Xüsusilə losos, skumbriya, siyənək, sardina və tuna daha faydalıdır onlar omega-3-un ən zəngin mənbələridir. Orqanizmin vəziyyətini qiymətləndirmək üçün omega-3 indeksi adlanan göstəricidən istifadə olunur. Optimal səviyyə 8% və daha yuxarı hesab olunur. Qvelf Universitetindən doktor Maykl Makberni qeyd edir ki, Yaponiyada omega-3 səviyyəsi orta hesabla 8 faizdən yuxarıdır və burada ömür uzunluğu ABŞ-dan təxminən 5 il çoxdur (ABŞ-da bu göstərici təxminən 5%-dir). Harvard İctimai Sağlamlıq Məktəbinin araşdırması isə göstərib ki, qanda yüksək omega-3 səviyyəsi olan insanlar orta hesabla 2,2 il daha çox yaşayır.
Balıqdan başqa omega-3 mənbələri
Balığı az yeyənlər üçün faydalı alternativlər bunlardır:
kətan toxumu və onun yağı,
chia toxumu,
qoz,
yosun yağı (bitki mənşəli DHA mənbəyi).
Omega-3 ilə zəngin məhsulların müntəzəm istehlakı uzun və aktiv həyatın əsas amillərindən biridir. Bu yağ turşuları beynin, ürəyin, gözlərin fəaliyyətini dəstəkləyir və qocalma prosesini ləngidir. Məhz buna görə həkimlər rasionu dəniz balıqları və bitki mənşəli çox doymamış yağ mənbələri ilə zənginləşdirməyi qətiyyətlə tövsiyə edirlər.