Hansı ümumi  duş səhvi   infeksiyaya və hətta görmə itkisinə səbəb ola bilər?
08 aprel 2025 18:47 (UTC +04:00)

Hansı ümumi duş səhvi infeksiyaya və hətta görmə itkisinə səbəb ola bilər?

Duş qəbul edərkən gözlərinizin zərər görmədiyindən əmin olun. Kontakt linzalarla duş qəbul etmək göz sağlamlığı üçün təhlükəli ola bilər. Krandan gələn adi su tez-tez bakteriyalar ehtiva edir və bu bakteriyalar linzanın altına keçərək ciddi infeksiyalara səbəb ola bilər.

Bu haqda Lent.az məlumat verir.

Niyə linzalarla duş qəbul etmək olmaz?

Oftalmoloq Ceyms Kelli xəbərdarlıq edir ki, kran suyu steril deyil və təhlükəli mikroorqanizmlər ehtiva edə bilər. Belə su ilə qısa müddətli təmas belə infeksiya riskini artırır. Bu isə ağrılara, çapıqlara və ağır hallarda görmə itkisinə səbəb ola bilər. Özünüzü qorumaq üçün, duş qəbul etməzdən əvvəl linzaları çıxarmaq tövsiyə olunur. Əgər bu mümkün deyilsə, gözlərinizi maksimum dərəcədə bağlı saxlamağa çalışın və sonra konservantsız süni göz yaşı damcıları ilə gözlərinizi təmizləyin.

Su linzaların formasına necə təsir edir?

Su, xüsusilə yumşaq kontakt linzaların formasını dəyişə bilər və bu, onların həm rahatlığını, həm də effektivliyini azaldır. Yumşaq kontakt linzalar məsaməli quruluşa malikdir, bu da onları rahat edir, lakin suyu da asanlıqla hopdurur. Bu zaman linzalar şişə bilər və formasını dəyişə bilər, bu isə narahatlığa səbəb olur. Duş zamanı sabun və şampun qalıqları da linzaların altına keçə bilər, bu isə qıcıqlanma və infeksiyaya səbəb ola bilər. Hətta duşdan sonra nəm əllərlə gözlərə toxunmaq və ya suyun üzə sıçraması da təhlükəlidir.

Duş zamanı su gözlərə düşərsə nə etməli?

Əgər su gözlərinizə düşübsə, linzaları dərhal çıxarın və göz nahiyəsini steril duzlu məhlulla yuyun. Heç vaxt linzaları kran suyu ilə yumaq və ya saxlamayın! Bu su təhlükəli mikroorqanizmlər daşıya bilər. Əgər tez-tez göz infeksiyası keçirirsinizsə, gündəlik dəyişilən linzalara keçməyi düşünün. Bu, yoluxma riskini azaldır.

Kontakt linzalar nə qədər müddət taxıla bilər?

Bir günlük linzalar: 8-16 saat (amma ideal 8-10 saat)

İki həftəlik və aylıq linzalar: gündə 8-12 saat taxılmalı, sonra çıxarılıb təmizlənməlidir

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1228

Oxşar yazılar