Günorta çox yatanlarda bu xəstəlik yaranır
24 mart 2023 11:31 (UTC +04:00)

Günorta çox yatanlarda bu xəstəlik yaranır

Gündüzlər 1 saatdan çox yatmaq yaşlanarkən demensiya xəstəliyinin yaranma riskini 40 faiz artırır.

Lent.az-ın xəbərinə görə, Kaliforniya Universitetinin alimlərinin apardıqları təqdiqatlar belə deməyə əsas verib.

Alimlər 14 il ərzində 1401 koqnitiv qabiliyyəti olan könüllü üzərində müşahidə aparıblar. 6 il sonra gündüzlər 1 saatdan çox yatan könüllülərin 24 faizində demensiya əlamətlərinin yarandğı müşahidə olunub.

Alimlərin fikrinə görə, sağlam insanlarda əqli zəifliyin yaranma səbəbi gündüzlər yuxu saatının uzun olmasıdır. Gündüzlər 1 saatdan daha çox yatan yaşlı adamlarda demensiya əlamətlərinə 40 faiz çox rast gəlinib.

Bildirilib ki, gündüzlər sadəcə 20 dəqiqə yatmaq beynin iş qabiliyyətinin ömrünü uzatsa da, uzunmüddətli və tez- tez yuxulamaq beynin yenidən özünü bərpa etməsi üçün xeyli zaman tələb edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar