Yay transfer pəncərəsi açılanda elə görünürdü ki, “Real”ın bir sıra oyunçuları klubu tərk etməyə hazırdırlar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, lakin bu siyahı indi əhəmiyyətli dərəcədə azalıb, çünki onlar ya fikirlərini dəyişiblər, ya da Xabi Alonso bunu etməyə razı salıb.
Andrey Lunin
26 yaşlı qaöıçı “Real”da qala bilər, amma Kurtuanın kölgəsində olacaq, əvəzində yeni macəra seçə bilərdi. Sonda ukraynalının klubda qalmağa qərar verdiyi görünür.
Fran Qarsiya
25 yaşlı sol cinah müdafiəçisi Alvaro Karrerasın gəlişindən bəri ən böyük itki kimi görünürdü. Mendinin zədəsi səbəbindən Klublararası Dünya Çempionatında oynadı və Franın qalmasını istəyən Xabi Alonsonu heyran etdi.
David Alaba
33 yaşlı mərkəz müdafiəçisi ciddi zədəsini təzəcə sağaldıb və “Real” ona bu yay azad agent kimi ayrılmaq imkanı verib. Avstriyalı qalmaq və “Real” ilə müqaviləsinin son ilini bitirmək istəyir.
Dani Cebalos
28 yaşlı ispaniyalı Klublararası Dünya Çempionatında az oyun keçirib və onun bu yay klubu tərk edəcəyi ilə bağlı şayiələr yayılıb. Bununla belə, Xabi Alonso Cebalosun heyətdə olmasını istəyir və görünür, onu qalmağa razı salıb.
Eduardo Kamavinqa
22 yaşlı fransalı zədə səbəbindən Xabi Alonsonun rəhbərliyi altında debüt edə bilməyib. Onun bu yay "Real"dan ayrıla biləcəyi ilə bağlı söz-söhbətlər var, lakin Sebalosda olduğu kimi Xabi də onun qalmasını istəyir.
Brahim Dias
25 yaşlı futbolçuya bu yay “Real”dan getmək üçün müraciət edilib və hələ də davam etdirilir.
Mastantuononun gəlişi onun oyun müddətinə birbaşa təsir edəcək. Lakin Xabi Alonso onun klubda olmasını istəyir və 2027-ci ildə başa çatacaq müqaviləsinin uzadılmasını istisna etməyib.