İsrailin yeni səfiri Ronen Krausz Bakıya gəlib.
Lent.az xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı Səfirliyi “X” hesabında paylaşım edib.
“Hamımız onu ürəkdən salamlayır və gələcək fəaliyyətində uğurlar arzulayırıq”, - paylaşımda deyilir.
Yeni səfir Azərbaycan milli geyimində İsrailin xalqımıza salamlarını çatdırıb.