Tanınmış səyyah  ən pis 5 şəhəri   açıqladı: Siçovullar, zibillər, çirkli həyat...
30 iyul 2025 16:17 (UTC +04:00)

Tanınmış səyyah ən pis 5 şəhəri açıqladı: Siçovullar, zibillər, çirkli həyat...

Dünyanı 30 ildən artıqdır ki, səyahət edən peşəkar turizm eksperti Karlos Lavilla bəzi şəhərlərin gözləntilərini qarşılamadığını bildirib və onlara bir daha qayıtmayacağına söz verib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Karlos Lavilla TikTok-da paylaşdığı videoda bildirib ki, bu 5 şəhərdə özünü turist baxımından ən narahat və mənasız hiss edib, çünki onların ya turistik dəyəri azdır, ya da ümumiyyətlə yoxdur.

1. Cakarta - İndoneziyanın paytaxtı

Karlosun qara siyahısında ilk yeri Cakarta tutur. Onun sözlərinə görə, bu şəhər təkcə dünyanın ən çirkli şəhərlərindən biri deyil, eyni zamanda böyük, az qala siçovula çevrilmiş siçanları ilə də məşhurdur.

“Təsəvvür edin ki, Mikki Maus çoxdan təqaüdə çıxıb və Cakartaya köçüb”, – ekspert ironiya ilə bildirib.

Şəhərin havası istilik elektrik stansiyaları, avtomobil qazları, zavod tullantıları, tikinti tozu və açıq şəkildə yandırılan zibillər səbəbindən çox pis vəziyyətdədir.

2. Nayrobi – Keniyanın paytaxtı

Siyahıda ikinci yerdə Nayrobi gəlir. Carlos deyir ki, burada olduğu müddətdə hər an özünün sağ olub olmadığını yoxlamağa ehtiyac duyub, çünki atmosfer ona “sanki cəhənnəmdə olduğunu” hiss etdirib.

“Oraya qayıtmaq üçün mənə pul ödəməli olardılar. Hətta o halda belə, düşünməliyəm”, – o əlavə edib.

3. Las Veqas – ABŞ

İllik 40 milyondan çox turist cəlb edən Las Veqas da siyahıdadır. “Günahlar şəhəri” adlandırılan bu yer Karlos üçün sadəcə süni və qarmaqarışıq şəkildə yığılmış bir məkan kimi görünür.

“Elə bil bu şəhəri plastik cərraha aparıb, dünyanın fərqli yerlərindən hissələr yığıb ora yapışıblar”, – o bildirir.

4. Male – Maldivlərin paytaxtı

Turistlərin Maldivlərlə bağlı cənnət təsəvvürləri olsa da, Male şəhəri ekspert üçün tam əks təəssürat yaradıb. O, şəhəri çox eybəcər və sıx tikililərlə dolu hesab edir.

“O qədər çirkin görünür ki, baxanda fikirləşirsən – əlimdə imkan olsa, bu şəhəri bir an belə saxlamaz, yox edərdim. Yeganə təsəllim odur ki, Male Maldivlərin gözəlliyini daha da vurğulayır”.

5. Reykjavik – İslandiyanın paytaxtı

Siyahıda ən gözlənilməz seçim isə Reykjavik olub. Qeyri-adi təbiəti, Şimal işıqları və Mavi Laqunu ilə tanınan bu şəhər də Karlos üçün cazibədar görünməyib.

“Orada bir göl güclə tapılar, iki ördək yarımştat işləyir. Qalan hər şeyi paketə qoyub, lentləyib, yoldan keçən birinə hədiyyə edə bilərsiniz”, – o istehza ilə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 920

Oxşar yazılar