Qəhvənin balanslaşdırılmış qəbulu sağlamlığa faydalıdır.
Lent.az xəbər verir ki, qəhvə antioksidan xüsusiyyətləri sayəsində hüceyrələrin bərpasını dəstəkləyir. Müntəzəm olaraq, qəhvədən istifadə edənlərdə qaraciyər xərçəngi riski azalır.
Qəhvə, həmçinin bədəni cavanlaşdırır. Belə ki, gün ərzində 3 fincan qəhvə ekstraktı diş çürüməsinə səbəb olan streptokoklara qarşı inhibitor təsirə malikdir. O yaşla əlaqəli yorğunluğu da aradan qaldırır.
Qəhvə gel və ya krem şəklinə gətirildikdən sonra dəriyə qulluq məhsulu kimi də istifadə olunur. Kofe dəriyə tətbiq edildikdə qan damarlarını genişləndirir, daha fit görünməyə və kiçik qırışları azaltmağa şərait yaradır.