Gümrah oyanmaq üçün bunları ETMƏLİSİNİZ
09 mart 2023 09:24 (UTC +04:00)

Gümrah oyanmaq üçün bunları ETMƏLİSİNİZ

Yuxu həyatımızın çox vacib hissəsidir, çünki gecə istirahəti zamanı orqanizm yenilənir. Ancaq bir çox insanlar yaxşı istirahət və yatmağa imkan verməyən problemlərlə üzləşirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, somnoloq Aleksandr Kazaçenko kifayət qədər yuxu almaq üçün yatmazdan 3 saat əvvəl nə edilməli olduğunu izah edib.

O qeyd edib ki, mikro oyanmaya səbəb olan bir çox amillər var və bunlara görə beyin normal istirahət edə bilmir. Bu, yatmazdan əvvəl stress, həddindən artıq fiziki və ya zehni fəaliyyət ola bilər.

Problemin öhdəsindən gəlmək üçün yatmazdan ən azı üç saat əvvəl ev və digər işləri unutmaq lazımdır. Bunun əvəzinə həkim kitab oxumağı, ailə və ya dostlarla söhbət etməyi, gəzintiyə çıxmağı, yoqa ilə məşğul olmağı və ya meditasiya etməyi təklif edib.

Bu kömək etmirsə, onda bir mütəxəssislə əlaqə saxlamalı və səbəbini öyrənməli, sonra müalicə kursundan keçməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Fidan İlqar

Oxşar yazılar